Gəncəçayda meyiti aşkarlanan gənc qızın kimliyi məlum olub - YENİLƏNİB

Gəncəçay çayında meyiti aşkarlanan gənc qızın kimliyi məlum olub.

Stopnarkotik.az xəbər verir ki, çayda boğularaq ölən şəxs Yevlax rayon sakini, 2007-ci il təvəllüdlü F. Əmiraslanovadır.

Qadının Gəncə şəhərində dilənçilik etdiyi, iki gün öncə yağan güclü yağışlar nəticəsində Gəncəçay çayında suyun səviyyəsinin artması nəticəsində çaya düşərək boğulduğu ehtimal edilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov məlumatı təsdiq edib. Onun sözlərinə görə, iyul ayının 30-da saat 18:00 radələrində Gəncəçayının şəhərin mərkəzindən keçən hissəsindən qadın meyitinin olması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları əraziyə gələrək müvafiq araşdırmalar həyata keçirilib. İlkin baxış zamanı üzərində zorakılıq izləri aşkarlanmayan meyitin Yevlax şəhər sakini 2007-ci il təvəllüdlü F. Əmiraslanova olması müəyyən edilib. Meyit müvafiq ekspertizaya təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

*** 21:44

Gəncə şəhərində çaydan naməlum qadın meyiti tapılıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.