Gizli agent 36 nəfərlik narkotik dəstəsini ifşa etdi

Polis və MAGAV (sərhəd polisi) bölmələri bu gecə narkotik vasitələrin qanunsuz dövriyyəsi, cinayət törətmək üçün sui-qəsd və narkotik vasitələrin qanunsuz dövriyyəsi və silah saxlama ilə bağlı cinayətlər törətməkdə şübhəli bilinən 36 nəfəri həbs edib.

Stopnarkotik.az İsrail KİV-lərinə istinadən bilirir ki, əməliyyat son aylarda 40-dan çox saxta narkotik sövdələşməsini həyata keçirən gizli agentin işi sayəsində mümkün olub.

Şübhəlilərin evlərinə baxış zamanı külli miqdarda pul, tapança, müsadirə üçün nəzərdə tutulmuş avtomobillər, narkotik vasitələrdən kokain, ekstazi, LTD və s. tapılıb.

İsrailin müxtəlif yerlərində yaşayan şübhəlilər bu gün Qüds Sülh Məhkəməsində həbs müddətinin uzadılması ilə bağlı dinləmələr üçün gətiriləcək.

Stopnarkotik.az