GƏDƏBƏYDƏ 3 NƏFƏR BİR-BİRİNİ BIÇAQLADI, QARDAŞLARDAN BİRİ ÖLDÜ – Yenilənib

Gədəbəy rayonunun Novosaratovka kəndində baş vermiş qətlin təfərrüatları məlum olub.

Stopnarkotik.az report-a istinadən xəbər verir ki, hadisə kənd ərazisində fəaliyyət göstərən kafelərin birində qeydə alınıb.

Kafedə müştəri qismində olan Şəmkir rayon Seyfəli kənd sakini, 1998-ci il təvəllüdlü Elpərəs Bəhman oğlu İbrahimovla həmin kafedə ofisiant iş

ləyən Gədəbəy rayon Novosaratovka kənd sakinləri, 1981-ci il təvəllüdlü Samir Çümşüd oğlu Tapdıqov və onun qardaşı 1986-cı il təvəllüdlü Teymur Cümşüd oğlu Tapdıqovla mübahisə düşüb.

Mübahisə daha sonra münaqişəyə çevrilib və müştəri qismində olan şəxs ofisiantları bıçaqlayıb. Mübahisə zəminində E. İbrahimov da bıçaqlanıb.

Hər üç şəxs xəstəxanaya aparılsa da onlardan T. Tapdıqov yolda dünyasını dəyişib.

Qeyd edək ki, E. İbrahimov Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olub.

Faktla bağlı araşdırma davam etdirilir.

*** 10:11

 

Gədəbəy Rayon Polis Şöbəsinə rayonun Novosaratovka kəndində 2 nəfərin bıçaq xəsarəti alması, 1 nəfərin isə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Stopnarkotik.az-a bildirib ki, dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gedərək, müvafiq araşdırma aparıblar.

İlkin araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri 1986-cı il təvəllüdlü Teymur Tapdıqov, qardaşı 1981-ci il təvəllüdlü Samir Tapdıqov və 1998-ci il təvəllüdlü Elpərəs İbrahimov şəxsi münasibətlər zəminində mübahisə edərək bir-birlərinə bıçaq xəsarətləri yetirib, nəticədə Teymur Tapdıqov ölüb, digər 2 nəfər isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Stopnarkotik.az