Füzulidə kafedə dava düşdü: 1 nəfər bıçaqlandı

Füzulidə kafedə kütləvi dava olub.

Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Babı kəndində qeydə alınıb. Kənd ərazisində yerləşən kafedə düşən davada 38 yaşlı Alim Səmədov bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən 22 yaşlı İlkin Rəhimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.