Fransanın elit polis qüvvələri narkomafiya ilə mübarizə üçün Marselə gedir - HÖKUMƏT NARKOMAFİYANIN ƏLİNDƏ ACİZ QALIB

Fransa hökuməti iyulun ortalarından bəri on minlərlə insanın ölümünə səbəb olan zorakı və ölümcül narkotik cinayətləri ilə mübarizə aparmaq üçün Marselə elit polis qüvvələri göndərir.

Stopnarkotik.az bildirir ki, şəhərdə zorakılıq halları ilə mübarizədə ixtisaslaşan “CRS 8” bölməsi narkotik sindikatlarına qarşı əməliyyatlar aparmaq üçün yaxın günlərdə Marselə yerləşdiriləcək.

Narkotiklərə qarşı müharibə

“Bölmə xüsusilə satış nöqtələrində narkotik ticarətini darmadağın etmək üçün təxminən bir həftə Marseldə qalacaq", deyə Fransanın Daxili işlər naziri Cerald Darmanin artıq fevral ayında narkotik ticarəti ilə mübarizə aparmaq üçün polis bölməsini bir dəfə göndərmişdi. “Bu bölmə ictimai asayişin ciddi şəkildə pozulması və şəhər zorakılığı hallarında sutkada 24 saat təyinat nöqtəsində yerləşdirilə bilər”, deyə Darmanin bölmə 2021-ci ildə yaradılarkən bildirmişdi. 200 nəfərlik bölmə satışları azaltmaq üçün narkotik və silahların qarşısını almağa çalışacaq.

İyulun ortalarından bəri Marseldə narkotik ticarəti nəticəsində 12 nəfər ölüb. Marselin polis prefekti Frederik Kamilleri, son mətbuat konfransında, "Bu nə az, nə çox, iki dəstə “Yoda” və “DZ Mafia” arasında münaqişənin alovlanmasından başqa bir şey deyil. Davam edən müharibə iki güclü narkomafiyanı üz-üzə qoyur”, deyə Kamilyeri baş verənləri şərh edərək bildirib.

Gənc qurbanlar

Kamilyeri bu münaqişənin yeni formasından narahat olduğunu, “Sosial mediada qətllərin törədildiyi narkotiklə bağlı zorakılığın yeni dünyasına daxil oluruq”, ifadələri ilə şərh edib.

Fevral ayında narkotiklərdən qaynaqlanan zorakılığın yaşandığı mərkəz olan Paternel yaşayış massivində 17 yaşlı yeniyetmə təxminən otuz nəfər tərəfindən linç edilərək öldürülmüşdü. Hücum lentə alınmışdı və “Snapchat”da canlı yayımlandı.

Marseldə isə ilin əvvəlindən narkotik satışı nəticəsində törədilən silahlı qarşıdurmalarda 36 nəfər həlak olub. Marsel prokurorluğunun açıqlamasına görə, qurbanlar arasında 14-21 yaş arası insanların nisbəti artır. 14-17 yaş arasında isə təxminən 14% və 18-21 yaş arasında 27%-dir. Marseldə hər gün yetkinlik yaşına çatmayanlar narkotik cinayətlərinə görə yetkinlik yaşına çatmayanlar üzrə hakim və ya “yetkinlik yaşına çatmayanlar məhkəməsi”nin qarşısına çıxarılır.

Stopnarkotik.az