Fransada kriminal aləm messencerlərdən istifadəni artırıb - “Le Monde”

Fransa dörd ildir ki, cinayətkarlığın törədilməsində messencerlərdən istifadə halında artım müşahidə edib. 

Stopnarkotik.az bildirir ki, bu barədə “Le Monde” yüksək vəzifəli polis məmuruna istinadən xəbər verir.

Məmurun sözlərinə görə, “kuratorlar” Telegram-da kriminal tapşırıqlarla bağlı elanlar yerləşdirirlər:

"Mal satırlar, tapşırıqlar verirlər, cəza hücumları sifariş edirlər. Pul üçün hər şeyə hazır olan insanları tapırlar. Bu, cinayətin uberizasiyasıdır".

Nəşrin məlumatına görə, digər cinayət işlərində Snapchat və Signal proqramları da iştirak edir.

Daha əvvəl Telegram-ın yaradıcısı Pavel Durov bildirmişdi ki, Parisdə həbs olunduqdan sonra 7 həftə ərzində Fransanın “Le Monde” qəzeti messencer haqqında 40 mənfi yazı dərc edib. Onun sözlərinə görə, əksər hallarda nəşr platformadan şərh tələb etməyib və ya ona göndərilən redaktələrə məhəl qoymayıb. 

Stopnarkotik.az