Fransada Azərbaycana qarşı təxribat - "BU, BÖLGƏDƏ GƏRGİNLİK YARATMAQ CƏHDİDİR"

"2024-cü il Paris olimpiadasının açılışı vaxtı Fransanın “France 2” ictimai televiziya kanalının aparıcısı Ermənistanın və Azərbaycanın komandalarını təqdim edərkən, ayrı-seçkilik xarakteri daşıyan, olimpiya dəyərlərinə və beynəlxalq hüquqa zidd siyasi bəyanatlar səsləndirilib. Fransa hökumətinin sifarişi ilə atılması şübhə doğurmayan bu addımla Azərbaycanın ərazi bütövlüyünə xələl gətirilməyə və bölgədə gərginliyi qızışdırmağa cəhd edilib".

Stopnarkotik.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilir.

Qeyd olunub ki, olimpiadanın açılışı mərasimində milyardlarla insanın heysiyyətinə toxunan rəzalət nümayişlərini də nəzərə alsaq, Fransa tərəfinin rasionallığı tamamilə şübhə altındadır:

“Qərbi Azərbaycan İcması 2024-cü il Paris olimpiadasında Azərbaycana qarşı yol verilmiş təxribatı sərt şəkildə qınayır və Fransadan bu əməllərinə son verməyi tələb edir”.