Fransa müstəmləkə keçmişinə görə Afrika, Cənub-Şərqi Asiya ölkələri və digər dövlətlərdən üzr istəməlidir-Prezident İlham Əliyev

Fransa müstəmləkə keçmişinə görə Afrika, Cənub-Şərqi Asiya ölkələri və digər dövlətlərdən üzr istəməlidir. Stopnarkotik.az xəbər verir ki, bunu prezident Əliyev Qoşulmama Hərəkatına üzv ölkələrin nazirlərin görüşündə deyib.
“Fransa özünü insan haqları və beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edərək, hələ də başqa ölkələrin daxili işlərinə qarışır. O, Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, eyni mənfur təcrübəni Cənubi Qafqaz regionunda da tətbiq etməyə çalışır”, deyə dövlət başçısı qeyd edib.
Onun sözlərinə görə, Fransa etnik azlıqlar anlayışını qəbul etmir, eyni zamanda özünü Azərbaycandakı erməni azlığının müdafiəçisi kimi göstərməyə çalışır. “Bu, ikiüzlülük və ikili standartlardır”, deyə Prezident Əliyev vurğulayıb.

Stopnarkotik.az