“Fənərbağça”nın sabiq basketbolçusu saxlanıldı - NARKOTİKƏ GÖRƏ

Vaxtilə Türkiyənin “Fənərbağça” basketbol komandasında çıxış etmiş Endryu Qudelok saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, 37 yaşlı oyunçunun üzərində narkotik aşkarlanıb. Hadisə Yunanıstanda baş verib.

2014-2015-ci illər mövsümündə “Fənərbağça”da oynamış amerikalı basketbolçu hazırda Yunanıstan təmsilçisi "Kolossos"un şərəfini qoruyur.

Endryu Qudelok bir dönəm “Hyuston Rokets”in heyətində NBA-da çıxış edib.