Meksikanın meskal və tekila adlı içkiləri dünyada populyardır. Dünyanın fərqli ölkələrində olmaqla bu içkilər Rusiyada da məşhurdur və meksikalılar Rusiyaya milli içkilərinin iri həcmdə tədarükünü təşkil etməyə çalışırlar. Amma bu prosesin mənfi tərəfi də var.
Stopnarkotik.az bildirir ki, Kolumbiya və Ekvadordakı kokain kartelləri banan ixracından (o cümlədən Rusiyaya) qaçaqmalçılıq üçün etibarlı logistik kanal kimi istifadə edirlər. Meksikada da buna bənzər bir “işgüzarlıq” var. Belə ki, yerli medianın yazdığına görə, bir çox tekila və meskal istehsalçıları eyni məqsədlərlə iri narkotik kartellərinin nəzarəti altındadır. Yəni, bu seqmentdə çalışan içki istehsalçılarının tədarük xətti ilə narkokartellər Rusiyaya kokain daşıyırlar.
Buna lap yaxın vaxtlarda baş vermiş bir hadisəni nümunə çəkə bilərik: Meksika kəşfiyyat xidmətləri Manzanilla limanında (tekilanın istehsal olunduğu Xalisko ştatında, hansı ki, bu ştat eyni adlı narkokartelin məskənidir) Liberiya bayrağı altında Avstraliyaya istiqamət göürmüş, butulkalarda meskal içkisi daşıyan gəmini dayandırdılar.
Qablaşdırılmış içkinin analizi göstərib ki, tekila şüşələrində ümumiyyətlə meskal deyil, 9,5 ton maye metamfetamin olub. Aprel ayında eyni limanda daha bir belə partiya (10 ton) tapılmışdı. Və təsəvvür etmək olar ki, dənizlərdə üzən yoxlanılmayan gəmilərdə nə qədər metamfetamin daşınıb və dünyanın dörd bir bucağına çatdırılıb.
Paketi artıq çatdırılma məntəqəsində təhvil alanlar narkotiki kristal formasında əldə edərək şüşə qablardakı maye narkotiki içirlər.
Stopnarkotik.az