Faciəli şəkildə həlak olan əsgərə şəhid statusu verilə bilər

Bu gün xidmətdə olarkən ildırım vurması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğluna şəhid statusu verilə bilər.

Stopnarkotik.az xəbər verir ki, bu barədə "unikal"a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov məlumat verib. 

Qeyd edək ki, bədbəxt hadisə Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə baş verib.