Evlərdən oğurluq edən şəxslər ələ keçdi

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində oğurluqlar etməkdə şübhəli bilinən rayon sakinləri T.Şamxalov və N.Əhmədov saxlanılıblar.

Stopnarkotik.az-a bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Araşdırmalar zamanı onların vətəndaşa məxsus bir mənzildən məişət əşyaları, digər evin həyətyanı sahəsindən isə tikiş dəzgahı oğurladıqları məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.