SEPAH-a yaxınlığı ilə tanınan “Fars News” agentliyi yanvarın 9-da Kermanşahda keçirilən etirazlar zamanı Melina adlı üç yaşlı qızın öldüyünü bildirib.
Stopnarkotik.az İran mediasına istinadən xəbər verir ki, video görüntülərdə atası olduğunu iddia edən bir kişinin uşağın yaralandığını göstərərək ağladığı görünür.
Agentlik etirazçıları “iğtişaşçılar” adlandıraraq uşağın ölümündə onları ittiham edib. Ancaq uşağın soyadı, anası və digər ailə üzvləri barədə məlumat verilmir və müsahibə küçədə çəkilib.
İran hakimiyyəti etirazlar zamanı ölənlər barədə məlumatları manipulyasiya edərək repressiyaları haqlı çıxarmaq üçün ailə hekayələrindən istifadə edir. Ölkədə internetin kəsilməsi və müstəqil mənbələrin olmaması dövlət mediasına belə hekayələri yaratmaq və təhrif etmək imkanı verir.