Ermənistanın keçmiş müdafiə naziri Moskvada saxlanıldı - YENİLƏNİB

Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan saxlanılması ilə bağlı xəbərlərə münasibət bildirib.

Bu barədə “Hayeli.am” ondan qısa açıqlama alıb.

A. Karapetyan deyib ki, Polis İdarəsində Ermənistan tərəfinin Rusiyaya göndərdiyi sənədlər əsasında izahat verib.

***15:49

Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan Moskvanın mərkəzində saxlanılıb.

Bu barədə "İzvestiya" nəşri məlumat yayıb.

Qəzet yazıb ki, o öz ölkəsində "Qanunsuz sahibkarlıq fəaliyyətində iştirak", "Qulluq mövqeyindən sui-istifadə" və "Səlahiyyətlərindən sui istifadə edilməsi" maddələri ilə axtarışda olub./apa