Ermənistandan Gürcüstana 30 milyon lari (təxminən 11 milyon dollar) dəyərində narkotik keçirilmə cəhdinin qarşısı alınıb.
Stopnarkotik.az xəbər verir ki, hadisə Ermənistan-Gürcüstan səhəddindəki Sadaxlı keçid məntəqəsində baş verib. Gürcüstan Hesabat Bürosunun məlumatına görə, bu barədə Gürcüstan Prokurorluğu məlumat verib. Eləcə də hadisə barədə Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamentinin direktoru David Kiknadze brifinqdə bildirib.
Açıqlanmış rəsmi məlumata görə, ölkə ərazisindən tranzit olaraq daşınan narkotik 103 kq metamfetamin olub və aşkar edilərək müsadirə edilib.
Gürcüstan Daxili İşlər Nazirliyi isə bildirib ki, 28 apreldə Ermənistandan Gürcüstana Sadaxlo keçid məntəqəsindən Gürcüstana kaustik soda adı altında narkotik daşıyan yük maşını gəlib. Yükün ətraflı yoxlanılması zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları çantalar arasında paylanmış çoxlu miqdarda narkotik maddə aşkar ediblər. Bir nəfər şübhəli saxlanılıb.
“İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri ilə aparılır ki, bu maddələr 20 ilə qədər həbs cəzası və ya ömürlük həbs cəzası nəzərdə tutur", - David Kiknadze bildirib.
Stopnarkotik.az