Ermənistandan Avstraliyaya narkotik göndərmək istəyən İran vətəndaşı saxlanıldı

İran vətəndaşı Ermənistandan Avstraliyaya 1,5 kq metamfetamin göndərməyə cəhd edərkən tutulub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Dövlət Komitəsinin əməkdaşları Ermənistandan Avstraliyaya göndərilən bağlamada narkotik maddə aşkarlayıblar. Bağlamanın İran vətəndaşına məxsus olduğu müəyyən edilib. Şübhəli şəxs saxlanılıb.

Bildirilib ki, cinayət işi aşkarlanmış narkotik vasitə ilə birgə Ermənistan İstintaq Komitəsinə təhvil verilib.