Ermənistana silah daşıyan ABŞ təyyarələrinin görüntüləri - SENSASİON DETALLAR ÜZƏ ÇIXDI / VİDEO

Avqustun 2-i və 3-də ABŞ Hərbi Hava Qüvvələrinin iki təyyarəsi İrəvanın Zavrtnots hava limanına enib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə avqustun əvvəllərində "Caliber" eksklüziv məlumat yayıb. Eyniadlı "YouTube" kanalında bu axşam yayımlanan süjetdə isə həmin təyyarələrin görüntüləri əks olunub.

Bildirilib ki, "Boing C17" təyyarələri hərbi yüklə yanaşı Ermənistana ABŞ ordusunun şəxsi heyətini də gətirib. Hərbçilərin çoxu ABŞ Silahlı Qüvvələrində xidmət edən erməni əsilli şəxslərdir. Diqqəti cəlb etməmək üçün onlar Ermənistan ordusunun geyimləri ilə təchiz olunublar.

Bütün bu faktların qarşısında ABŞ səfirliyi heç bir açıqlama verməyib. Amerikanın Ermənistandakı səfiri Kristina Quinn konkret faktlarla bağlı söz oyunu oynayaraq bildirmişdi ki, iyulun 24-də ABŞ və Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş “Qartal Tərəfdaş” təlimi uğurla başa çatıb: "Biz təsdiq edə bilərik ki, bütün Amerika texnikası və şəxsi heyəti Ermənistanı tərk edib”.

Ancaq söhbət təlimdən getmirdi. Təlim Ermənistan və Amerikanın öz işidir. Məsələ sülhdən və demokratiyadan danışan Amerikanın Ermənistana 2 təyyarə silah verməsi və Cənubi Qafqazda açıq-aşkar vəziyyəti gərginləşdirməsindən gedir. Artıq bunun video görüntüləi də yayılıb. Yəni bəhanə gətirmək üçün səbəb yeri yoxdur.

Ona görə də yaxşı olar ki, Amerikanın Azərbaycandakı səfirliyi bu vəziyyətə aydınlıq gətirsin və indiki şəraitdə nə üçün belə bir addım atıldığını izah etsin. Hələ ki susublar...

Daha ətraflı "Caliber"in yeni videomaterialında: