Ermənistan və Türkiyə rəsmilərinin növbəti görüşü Ankarada baş tuta bilər

Ermənistan-Türkiyə danışıqları üzrə emissarların növbəti görüşü Türkiyədə baş tuta bilər.

Bunu Ermənistanın xüsusi nümayəndəsi, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.

O, həmçinin görüşlə bağlı tarixin hələ ki, müəyyən edilmədiyini bildirib.

Rubinyan bundan başqa sentyabrın 12-də İrəvanda iki ölkənin xüsusi nümayəndələrinin 6-cı görüşü zamanı əldə olunmuş razılaşmaların təfərrüatlarını da təqdim edəcəyini deyib.