Ermənistanda əsir saxlanılan azərbaycanlı hərbçilərlə görüşə icazə verilmir.
Stopnarkotik.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu barədə aprel ayında dumanlı hava şəraitində yolu azaraq
Ermənistana keçmiş və orada saxlanılmış əsgərlərimizin valideynlərinə Beynəlxalq Qızıl Xaç Komitəsindən məlumat verilib.
Əsirlikdə saxlanılan Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyir ki, Komitə onlara övladları ilə bağlı yeni bir məlumat vermir.
Əsirlikdə olan Hüseyn Axundovun anası Şəlalə Axundova da övladından xəbər ala bilmədiyini deyir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: