Ermənilər “Cənab leytenant” mahnısını təhrif etdilər: Şəmistan Əlizamanlıdan REAKSİYA - FOTO

Ermənilər musiqilərimizi, milli yeməklərimizi, toponimlərimizi və digər mədəniyyət nümunələrimizi öz adlarına çıxardıqları bəs deyilmiş kimi indi də mahnılarımızın sözlərini təhrif etməyə başlayıblar.

Şəmistan Əlizamanlının ifasında sevilən "Cənab leytenant" mahnısının sözlərini, necə deyərlər, özlərinə sərf edən şəkildə "tərcümə" ediblər.

Erməni istifadəçilər sosial şəbəkələrdə yazır ki, guya mahnıdakı "hay" kəliməsi "erməni" mənasını verir. Guya azərbaycanlılar hərbçilərdən erməniləri istəyir ki, ələ keçirib, qırsınlar.

Stopnarkotik.az xəbər verir ki, demokrat.az bununla bağlı Şəmistan Əlizamanlının fikirlərini öyrənib:

"Gülməlidir. Nə deyə bilərəm?! Erməni xisləti öz sözünü deyir. Bu sözlərə sadəcə gülməklə cavab vermək olar".