Dünən "Laçın" sərhəd-buraxılış məntəqəsində erməni sərnişinlərdən birinin Xankəndidən Gorusa keçidinə imkan verilməyib.
Bu barədə İrəvanın “Hraparak” qəzeti yazıb.
Mənbə həmin şəxsin hərbçi olduğunu qeyd edib:
"Bu isə o deməkdir ki, azərbaycanlılar insanları müəyyən edir. Onlarda hər kəs haqda məlumat bazası var”.
Nəşr onu da bildirir ki, Rusiya sülhməramlılarının və Rusiya faktorunun Qarabağda rolu tamamilə dayandırılıb.
Xatırladaq ki, Qarabağda kök salan separatçıların Ermənistana qaçmağına heç vaxt imkan verilməyəcək. Onlar tərksilah edilməklə qanun qarşısında cavab verəcəklər./bizim.media