"Rusiya Federasiyası Qarabağ məsələsinin həllini gələcək nəsillərin öhdəsinə buraxmaq, yəni status-kvonun saxlanmasından ibarət təklif irəli sürüb. Biz açıq şəkildə razılaşdıq, lakin ondan sonra Rusiya bunu həyata keçirə bilmədi".
Stopnarkotik.az bildirir ki, bunu mayın 25-də Ermənistan parlamentində jurnalistlərə müsahibəsində hakim “Vətəndaş sazişi” partiyasının fraksiya katibi Artur Ovannisyan deyib.
Ovannisyan bildirib ki, Rusiya Azərbaycanın "destruktiv" davranışına görə bunu edə bilmədi. “Əgər Rusiya bunu yenidən təklif etsə və təklifində dirənə bilsə, Ermənistan bu məsələ ilə bağlı əvvəlki fikrini dəyişməyib”, deyə Ovannisyan bildirib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Ermənistan ərazisinə Aİ müşahidəçilərinin yerləşdirilməsinin məqsədinin Rusiyanı regiondan sıxışdırıb çıxarmaq olduğu barədə bəyanatına gəlincə, deputat qeyd edib: “Avropa Müşahidə Missiyası mülki missiyadır. Əgər Rusiyanın müdafiə naziri hesab edirsə ki, mülki missiya Rusiyanı bölgədən sıxışdırıb çıxara bilər, o zaman bu, cənab Şoyqunun fikridir. Mən bu barədə şərh verməyəcəyəm”.
Stopnarkotik.az