Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası – International Federation of Football History & Statistics (IFFHS) dünya klublarının son beş ili əhatə edən yeni reytinq siyahısını açıqlayıb.
Reytinq hazırlanarkən 1 yanvar 2021-ci ildən 31 dekabr 2025-ci ilədək olan nəticələr əsas götürülüb. Siyahıda ümumilikdə 498 klub yer alıb.
Azərbaycan çempionu "Qarabağ FK" 768,75 xalla 71-ci pillədə qərarlaşıb. Ağdam təmsilçisi bununla da keçmiş SSRİ məkanını təmsil edən klublar arasında ən yüksək mövqedə yer alıb.
Reytinqdə Azərbaycanın daha üç klubu da yer alıb. "Neftçi PFK" 300 xalla 375-ci, "Zirə FK" 290,5 xalla 399-cu, "Sabah FK" isə 283,25 xalla 411-ci sırada qərarlaşıb.
“Qarabağ” həmçinin Türkiyənin "Beşiktaş" klubunu 56 pillə qabaqlayıb. Bundan başqa, Azərbaycan təmsilçisi reytinqdə İspaniyanın "Sevilla" (99-cu yer), İngiltərənin "Newcastle United FC" (113-cü yer), Fransanın "Olympique de Marseille" (73-cü yer) və Ukraynanın "FC Shakhtar Donetsk" (87-ci yer) klublarını da geridə qoyub.