İstanbulda polis qruplarının mütəşəkkil cinayət təşkilatlarına və üzvlərinə qarşı əməliyyatları davam edir.
Stopnarkotik.az xəbər verir ki, belə əməliyyatlardan biri İstanbulda "Şahinlər" cinayət təşkilatına qarşı keçirilib.
Basqın zamanı təşkilat daxilindəki ayrı bir dəstənin lideri olan Həsən Akdeniz yataq otağında gizli otaqda yaxalanıb.
Evə baxış zamanı 1 ədəd sənədsiz tüfəng və 91 ədəd müxtəlif diametrli patron götürülüb.
Sözügedən hadisənin görüntülərini təqdim edirik: