Masallıda dövlətə məxsus bəzi ərazilərin məşhur istirahət mərkəzi "Viləş Palace Hotel"in sahibi tərəfindən zəbt edildiyi iddia olunur.
"Qaynarinfo"nun məlumatına görə, hotelin sahibi "Hacı Mazan" kimi tanınan iş adamı Ramazan Zeynalovdur. Hotel rəhbərliyi "Viləş Palace Hotel"in yerləşdiyi ərazidən kənarda da qanunsuz iaşə obyektləri inşa etdirib.
Tikililərin icazəsiz olduğu üçün iş adamı həmin ərazilərə görə dövlət tərəfindən "çıxarış" ala bilmir.
Bununla yanaşı, mübahisəli ərazi üzrə keçmiş deputatlardan birinin iş adamı olan qardaşı ilə də münaqişə yaşanır.
Qeyd edək ki, "Viləş Palace" MMC Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" Publik Hüquqi Şəxsinin 8 Saylı Cəlilabad Ərazi İdarəsi barəsində məhkəməyə müraciət edib. İşə Şirvan İnzibati Məhkəməsində Rəşidə Quliyevanın sədrliyi ilə baxılacaq.