"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın 8.4.12-ci yarımbəndininin icrası ilə əlaqədar görülməsi zəruri olan işlər Azərbaycan Milli Antidopinq Agentliyi ilə birgə müzakirə edilmiş və lazimi tədbirlərin həyata keçirilməsi məqsədi ilə cari ilin 22 yanvar tarixində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Azərbaycan Milli Antidopinq Agentliyi arasında Tədbirlər Planı imzalanıb.
Stopnarkotik.az xəbər verir ki, tədbirlər Planı çərçivəsində 2026 və 2027-ci illər ərzində narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması, habelə dopinq və narkomanlıq risklərinin qarşısının alınması məqsədilə universitetlərin tələbə və müəllim heyəti üçün maarifləndirici seminarların və interaktiv təlimlərin həyata keçirilməsi, antinarkotik təbliğatı işlərinin sosial şəbəkələr üzərindən daha geniş auditoriyaya çatdırılması məqsədilə müxtəlif tematik həştəqlərdən istifadə olunmaqla sosial aksiyaların, onlayn maarifləndirici kampaniyaların və rəqəmsal təşəbbüslərin təşkili, idmançı və idmançıların köməkçi heyətlərinin fəal iştirakı ilə narkomaniya, alkoqolizm və toksikomanlığa qarşı mübarizə mövzusunda posterlərin, videoçarxların, qısametrajlı filmlərin və fləş-mobların hazırlanması və bu materialların maarifləndirici kampaniyalar çərçivəsində geniş ictimaiyyətə təqdim olunması və digər tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Stopnarkotik.az