Donald Trampın vəkili həbs edildi

ABŞ prezidenti Donald Trampın keçmiş vəkili Stefani Lambert 2020-ci il prezident seçkilərindən sonra Miçiqan ştatında səsvermə maşınlarına qanunsuz daxil olmaqda ittiham edilərək həbs edilib.

Bu barədə "NBC News" məlumat yayıb.

“Stefani Lambert "Dominion Voting Systems"dən məxfi elektron məktubları yaydığına görə ona qarşı mümkün sanksiyalarla bağlı dinləmələrdən sonra ABŞ marşalları tərəfindən həbs edilib”, – nəşr qeyd edib.

"Dominion Voting Systems" səslərin hesablanması sistemi 2020-ci il prezident seçkilərində saxtakarlıq şayiələrində mərkəzi hekayələrdən birinə çevrilib. Lambert Miçiqan ştatında səsvermə maşınının məlumatlarına daxil olmağa cəhd edib, bu da onun cinayətdə ittiham olunması ilə nəticələnib.