Kapitalın kriptovalyuta bazarına axını və ABŞ dövlət borcunun, həcminin görünməmiş artım tempi borc spiralı yaratmaqla “dollar aktivlərinin” və ABŞ maliyyə sisteminin sabitliyini təhdid edir.
Bu barədə “Forbes” jurnalı ekspert rəylərinə istinadən məlumat yayıb.
Jurnalın materialında qeyd olunur ki, "ABŞ hökumətinin borcunun hər 100 gündə 1 trilyon dollar artması ilə "borc amortizasiyası" sövdələşmələrinin tarixən yüksək səviyyədə bağlanması təəccüblü deyil: “Məsələn, qızılın unsiyası 2077 dollar, bitkoinin qiyməti isə 67 734 dollardır".
“Forbes” həmçinin artan milli borcun ABŞ-ı 2025-ci ildə maliyyə böhranına sürükləyə və ABŞ-ın növbəti administrasiyasının işini poza biləcəyini iddia edən Uorton Biznes Məktəbinin professoru João Gomes-in fikrinə istinad edir.
Fevralın 16-da Konqresin Audit Ofisinin ekspertləri ABŞ federal hökumətinin həyata keçirdiyi maliyyə siyasətinin “ciddi iqtisadi, sosial və təhlükəsizlik problemləri ilə üz-üzə qaldığı” fikrini irəli sürüblər. Ekspertlər hesab edirlər ki, ABŞ dövlət borcu “iqtisadiyyatdan daha sürətli” artacaq və 2028-ci ilə qədər ÜDM-in 106 faizinə çatacaq. Konqresin Büdcə Ofisi hesab edir ki, milli borc 2034-cü ilin sonuna qədər ÜDM-in 116 faizinə qədər artacaq və bundan sonra da artmağa davam edəcək. \\Musavat.com