Dəmir yolunu keçərkən telefondan istifadə qadağan edildi

Dəmir yolunu keçərkən mobil telefondan və (və ya) qulaqcıqdan istifadə etmək qadağan edilib.

Stopnarkotik.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Dəmiryol nəqliyyatının yüksək təhlükəli zonalarında vətəndaşların olması, obyektlərin yerləşdirilməsi və işlərin aparılması Qaydaları”nda əksini tapıb.

Qərara əsasən, yüksək təhlükəli zonalarda olan vətəndaşlar tərəfindən dəmir yolunu keçərkən mobil telefondan və (və ya) qulaqcıqdan istifadə etmək, dəmiryol relslərinin üzərində olmaq (oturmaq, hərəkət etmək və s.), tiyə və rama relsi arasında dayanma hərəkətlərinə yol verilməməlidir.