Kvalifikasiyası olmayan xarici universitetlərin siyahısı dərc olunacaq.
Stopnarkotik.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Medianın İnkişafı Agentliyinin birgə media nümayəndələri üçün təşkil etdiyi infosessiyada TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov deyib.
O bildirib ki, bəzən vətəndaşlar kvalifikasiyası olmayan universitetlərə üz tuturlar:
“Bu kimi halların qarşısının alınması üçün TKTA-nın sayında daxili kvalifikasiyası olmayan universitetlərin siyahısı dərc olunacaq”.