DİN-dən intihar anonsu edən jurnalistlə bağlı AÇIQLAMA

Telejurnalist Ceyhun Rzayevin çağırışı ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) tərəfindən təcili müdaxilə edilib.

Stopnarkotik.az xəbər verir ki, bunu DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

E.Hacıyev deyib ki, o, fikrindən daşındırılaraq polis orqanına dəvət edilib: "Onu narahat edən hallar (ailə məsələsidir) araşdırılır. Zəruri olan tədbirlərin görülməsi təmin ediləcəkdir".

Qeyd edək ki, telejurnalist Ceyhun Rzayev intihar edəcəyini bildirmişdi.