Qobustanda 5 nəfərin öldüyü yol qəzası ilə bağlı bəzi məqamlar məlum olub.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bu gün baş vermiş hadisə nəticəsində dünyasını dəyişən iki nəfər - 2000-ci il təvəllüdlü Əmrah Nuriyev və 2006-cı il təvəllüdlü Səmayə Talıbovanın yaxın günlərdə nişan mərasimi olacaqmış. Onlar Bakıya nişan üzüyü almaq üçün gedirmiş.
Qəzada xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Əmrah Nuriyevin anasıdır.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində “Kia” markalı minik avtomobilinin sürücünün idarəetməsindən çıxaraq aşması səbəbindən 5 nəfər ölüb:
- 1990-ci il təvəllüdlü Məhərrəm Səmədov;
- 2000-ci il təvəllüdlü Əmrah Nuriyev;
- 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova;
- 2006-ci il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı.
Rəsmi məlumata görə, xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.