Deputatın oğlunu atasının intim fotoları ilə ŞANTAJ ETDİLƏR

Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlını şantaj edən qadın barəsindəki qərardan verilmiş apellyasiya şikayətinə baxılıb.

Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, deputatın oğlu 1984-cü il təvəllüdlü N.M. barəsində həbs qərarının çıxarılmasını tələb edib.

M.Nərimanlı bildirib ki, N. sosial şəbəkə vasitəsilə ona hədə-qorxu gələrək dəfələrlə pul tələb edib. Həmin qadının atası İqbal Məmmədova məxsus olduğu bildirilən intim görüntülərlə onu şantaj etdiyini deyən Mirhəmid bu yolla ondan 1768 manat pul alındığını bildirib.

Məhkəmədə sübutlar dəyərləndirilib. N.M.in deputatın oğluna yazdığı “İntim video İqbal Məmmədov Şok”, “Bir saata hesaba baxıram, pul orada olmasa, şəkilləri hər yerə yayacağam, pulu karta yox, millliön vasitəsi ilə etopazda olan hesaba göndər, özüm götürəcəyəm”, “Həmid, sən məni aldadırsan, iki balamın canına and olsun, bu gün 600 manat pul göndərməsən, daha götürməyəcəyəm. Onsuz da o pulu başqa yolla çıxaracağam. Adamlar var ki, o şəkillərə pul verir və onlara verəcəyəm, paylaşacağam. Sənə son SMS yazıram, bir saata 600 manat pul kartda olmasa, dediyimi edəcəyəm. Mən sadəcə 11-də girib hesaba baxacağam, hesabda pul olmasa, hər şeyi özün görəcəksən. Pulu necə ödəyəcəyini isə özüm sənə deyəcəyəm” və s. məzmunlu mesajlar sübut kimi təqdim edilib.

Bildirilib ki, N.M. Mirhəmidi atası, Milli Məclisin VI çağırış deputatı İqbal Məmmədovun şəkillərinin olduğunu, pul verməyəcəyi halda, mətbuatda və sosial şəbəkələrdə həmin şəkilləri yaymaqla atasını rüsvay edəcəyi ilə hədələyib, hədəni real qəbul edən zərərçəkmiş şəxs özü və atasının rüsvay olacaqlarından ehtiyatlanaraq onunla razılaşıb və elektron qaydada tələb olunan pulları göndərib.

2022-ci ildə N.M. Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə açılmış iş üzrə təqsirli bilinib və ona 3 il həbs cəzası verilib. Lakin daha sonra Bakı Apellyasiya Məhkəməsi hökmün dəyişdirilməsi barədə qərar çıxarıb və ona şərti cəza verilərək həbsdən azad edilib. Apellyasiya Məhkəməsinin qərarından narazı qalan Mirhəmid Nərimanlı Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə şikayəti təmin edib və işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Bu dəfə apellyasiya instansiyası fərqli qərar qəbul edib və N.M. barəsindəki Xəzər Rayon Məhkəməsinin hökmü bərpa edilib. N.M. bir neçə gün əvvəl başa çatan proses nəticəsində məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, İqbal Məmmədovun oğlu M.Nərimanlı daha öncə də gündəmə qalmaqallı hadisə ilə gəlmişdi. 2019-cu ildə İqbal Məmmədova məxsus olan və oğlunun rəhbərlik etdiyi Lerikdəki "Relax" istirahət mərkəzində vergidən yayınma faktları üzə çıxmış və Mirhəmid Nərimanlı barəsində cinayət işi açılmışdı. Həmin vaxt istirahət mərkəzinə gələn yoxlama əməkdaşları arasında M.Nərimanlı və ətrafındakı şəxslər arasında dava-dalaş da düşmüşdü. Həmin hadisələrlə əlaqədar həbs edilən M.Nərimanlı bir müddət sonra azadlığa buraxılmışdı.

 

Deputatın oğlu atasının fotoları ilə ŞANTAJ EDİLDİ