Daşkəsənə yeni icra başçısı TƏYİN EDİLDİ

Daşkəsən Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib.

Stopnarkotik.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Məlumata görə, bu vəzifəyə Orxan İrşad oğlu Abbasov gətirilib.

Qeyd edək ki, Əhəd Abıyev 2023-cü ildə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və həmin vaxtdan bu günədək yeni təyin olmamışdı.