Daha bir təhsil müəssisəsində külli miqdarda mənimsəmə - CİNAYƏT İŞİ AÇILDI

Neftçala şəhər humanitar təmayüllü Muğan liseyində baş verən qanunsuzluqlarla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsindən daxil olmuş material əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Neftçala Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, ilkin araşdırma zamanı həmin liseydə qeyri-qanuni sinif komplektinin yaradılması və məşğələlərin keçirilməməsi nəticəsində 35 min manatdan artıq dövlət vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.