Daha bir polisimiz şəhid oldu - FOTO

Ordumuzun keçirdiyi lokal antiterror əməliyyatlarında ağır yaralanan polis şəhid olub.

Stopnarkotik.az xəbər verir ki, Çevik Polis Alayının polis nəfəri Muradov Əzizbəy Etibar oğlu bu gün şəhadətə qovuşub. 

Şəhidin dəfn mərasimi Sabirabad rayonunun Ulacalı kəndində olacaq.

Xatırladaq ki, Əzizbəy musiqi təhsilli döyüşçü idi. O, 44 günlük müharibədə ermənilərin zəbt etmiş olduğu evlərdə pianoda və qarmonda gözəl ifaları ilə məşhurlaşmışdı.

Ə. Muradov “Cəbrayılın azad olunmasına” görə medalı ilə təltif edilmişdi.

Allah rəhmət eləsin!

Qeyd edək ki, bununla da Daxili İşlər Nazirliyinin şəhid olan əməkdaşlarının sayı 13-ə çatdı.