İsrailli alimlər çətənə ilə oxşar xüsusiyyətlərə malik Afrika bitkisi aşkar ediblər.
Stopnarkotik.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu bitki "yun çətiri" adlanır.
Cənubi Afrikanın "yun çətiri" adlı çətənəyə aid olmayan bitkisi tərkibindəki "kannabinoidlər" (çətənəkimilər) adlanan aktiv birləşmələrin çoxunu əmələ gətrir, hansı ki, onlardan bəziləri yeni müalicəvi xüsusiyyətlərə malik ola bilər.
Belə ki, bazar ertəsi "Nature Plants" jurnalında dərc olunan araşdırmada "Weizmann" tədqiqat institutundan olan israilli tədqiqatçılar bu bitkinin tərkibində 40-dan çox kannabinoid olduğunu və bitkinin bu birləşmələri istehsal etmək üçün keçdiyi bir sıra biokimyəvi prosesləri aşkar ediblər. Tədqiqatçılar həmçinin nümayiş etdiriblər ki, yeni kannabionidləri laboratoriyada sintez etmək və ya yaratmaq üçün hansı prosesi aparmaq olar.
"Biz kannabinoidlərin mühüm yeni qaynağını tapdıq və onların böyük terapevtik potensialını üzə çıxaracaq müntəzəm istehsalı üçün alətlər hazırladıq", - deyə doktor Şirli Berman bildirib.
Kannabinoidlər çoxdan tibdə ağrıları, ürəkbulanmaları, narahatlıqları və qıcolmaları aradan qaldırmaq üçün geniş istifadə olunur.
Stopnarkotik.az