Çətənə kökü uşaqlarda xərçəngi müalicə edə bilər: ARAŞDIRMA

Çətənə kökünün ekstraktı uşaqlarda ən çox yayılmış və aqressiv xərçəng formalarından biri olan neyroblastoma hüceyrələrinin böyüməsini effektiv şəkildə yatırır. 

Stopnarkotik.az xəbər verir ki, bu barədə ABŞ-ın kənd təsərrüfatı departamenti apardığı araşdırmaya əsasən məlumat yayıb. 

Təcrübələr göstərib ki, bitkinin kök sistemində olan müəyyən birləşmələr sağlam toxumalara zərər vermədən xərçəng hüceyrələrində apoptoza (proqramlanan hüceyrə ölümü) səbəb olur. Bu kəşf uşaqlarda xərçəngin daha az zəhərli müalicə metodlarının inkişafı üçün yeni perspektivlər açır.

Müasir sənaye əsasən kannabis bitkisinin çiçəklərinə və yarpaqlarına diqqət yetirsə də, tarixən onun kökləri əsrlər boyu dərman məqsədləri üçün istifadə edilmişdir.

Stopnarkotik.az