Çox sayda Güney azərbaycanlı fəalın “Instagram” hesabı bağlandı - FOTO

İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi (ETTELAAT) onlarla Güney azərbaycanlı fəalın “Instagram” hesabını bağlayıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Təbrizdə fəallardan alınan məlumata görə, son günlər türk dilində Azərbaycan və türk mövzusunda yazılar paylaşan onlarla güneyli fəalın “Instagram” hesabları təhlükəsizlik orqanı tərəfindən sahiblərindən alınıb.

ETTELAAT Nazirliyi isə öz növbəsində sözügedən hesabların adlarını dəyişərək Azərbaycan əleyhinə mövzular paylaşır. Bu hesablardan altısının şəxsi identifikasiyası əldə edilib və şəkildə göstərildiyi kimi təsdiqlənib. Həmin hesablar indi ETTELAAT Nazirliyinin ixtiyarındadır.