Əcnəbilərin Bakı-Naxçıvan reysindən istifadəsinə qadağa qoyuldu

Əcnəbi vətəndaşlar və Azərbaycan Respublikası ərazisində oturum icazəsi olanların mövcud vəziyyətlə əlaqədar quru yolla sərhəd keçid məntəqələrindən keçidi mümkün olmadığından, onların Bakı-Naxçıvan reysilə Naxçıvana getmələri də mümkün deyil.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən , həmin şəxslər onlayn bilet aldıqda, bilet qaydalara uyğun olaraq geri qaytarılacaq.