Cəlilabadda soyğunçuluq hadisəsi olub.
Stopnarkotik.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 21-də Göytəpə şəhəri ərazisində rayon sakini T.Şamiyevin 245 manatı soyğunçuluq yolu ilə talanıb.
Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Göytəpə şəhər sakini R.Məmmədov saxlanılıb.
Araşdırma aparılır.