Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
Stopnarkotik.az xəbər verir ki, 1999-cu il təvəllüdlü Biləsuvar rayon sakini, Rafiq Mirzəzadə qarın nahiyəsindən bıçaq xəsarəti alıb.
O, ağır vəziyyətdə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Məlumata görə, o, tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.