Cəlilabadda keçmiş məhkumdan tapança götürüldü - FOTO

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 45 yaşlı Cavid Niftioğlu saxlanılıb.

DİN-in Mətbuat Xidməti Lənkəran regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, həmin şəxsdən 1 ədəd "Beretta" markalı tapança aşkarlanıb.

Məhkəmənin qər**arı ilə C.Niftioğlu barəsində həbs qətimkan tədbiri seçilib.