Cəlilabadda 9 yaşlı uşağı avtomobil vurub

Cəlilabad rayonunda 9 yaşlı uşağı avtomobil vurub.

Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, N. Ağayev idarə etdiyi "Honda" markalı minik avtomobili ilə rayon sakini, 2015-ci il təvəllüdlü Z. Abbasovanı vurub.

Müxtəlif bədən xəsarətləri alan azyaşlını sürücü rayon xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.