ABŞ dövlət katibi Antoni Blinkenin Çin prezidenti Si Tszinpinlə münasibətləri sabitləşdirmək məqsədi daşıyan yüksək səviyyəli Pekin səfəri başa çatıb.
Stopnarkotik.az xəbər verir ki, səfər siyasi mahiyyət daşısa da, dövlət katibi Antoni Blinkenin bu əsnada ölümcül sintetik narkotik olan “fentanil”in istehsalının qarşısını almaqda Çinlə müzakirə aparacağı da açıqlanmışdı.
Statistik göstəricilərə görə, ABŞ-da hər 100 000 narkomanın üçdə ikisindən çoxu sintetik narkotiki dozadan artıq istifadə etməkdən ölür. Sintetik narkotik istehsalı üçün xammal qismində istifadə olunan “prekursor” kimyəvi maddəsi isə Çində istehsal olunur. Bazar günü Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Blinken Pekində Çinin XİN rəhbəri Qin Gang ilə "səmimi, əsaslı və konstruktiv danışıqlar aparıb".
ABŞ hüquq-mühafizə orqanları Meksika narkokartellərinin əldə etdikləri “prekursor” sayəsində ölümcül narkotikləri istehsal edib ABŞ-a göndərməsində dəfələrlə Çin şirkətlərini günahlandırıb.
Keçən ilin may ayında Blinken, “Biz beynəlxalq narkotik ticarəti dəstələrinin əksər hissəsi Çindən gələn “precursor” kimyəvi maddə əldə etmələrini dayandırmaq üçün Pekinlə işləmək istəyirik”, - deyə açıqlama verdi. Lakin 3 ay sonra ABŞ Konqresi Nümayəndələr Palatasının o zamankı spikeri Nensi Pelosinin Tayvan səfəri baş tutdu ki, bundan sonra Çin məsələ ilə bağlı bütün danışıqları dayandırdığını açıqladı.
Çin ticarət rəsmiləri ABŞ-ın opioid dərmanlara olan tələbatına eyham vuraraq, “fentanil prekursorları”nın leqal ticarət kanalları vasitəsilə satılan adi kimyəvi maddələr olduğunu bildirirlər.
Çinin Vaşinqton səfirliyinin “Wall Street Journal”a verdiyi açıqlamada deyilir ki, “ABŞ bununla bağlı ciddi düşünməlidir”.
ABŞ qanunvericilərinin iki layihəsi Çindən “precursor”ların daşınmasını daha aydın şəkildə etiketlənməsini və Çinin ABŞ Narkotiklərlə Mübarizə Agentliyi (DEA) ilə əməkdaşlıq etməsini tələb etməyə yönəlib.
Demokrat konqresmen David Trone bu yaxınlarda Gömrük və Sərhəd Mühafizəsinin limanları yoxlamasını təkmilləşdirməyi tələb edən qanun layihəsi təqdim etdi. Oxşar qanun layihəsi Senatda masadadır.
Ayrıca, Merilend statı təmsilçisinə görə, ABŞ qanunvericiləri Dövlət Departamentindən "sintetik narkotiklərin aşkar edilməsi üzərində işləmək üçün"
Meksika, Çin və digər xarici hüquq-mühafizə orqanları ilə çalışmağı tələb edən “Fentanil Nəticələri Aktı”nı qəbul ediblər.
Eləcə də, Florida ştatından olan ABŞ senatoru Marko Rubio keçən ay Blinkenə məktub göndərərək Çini narkotik epidemiyasındakı roluna görə məsuliyyət daşımağa çağırıb.
“Biz narkotiklərlə mübarizə sahəsində əməkdaşlığı geostrateji məqsədlər üçün istifadə edən rejimə etibar edə bilmərik”, - deyə Rubio yazır.
Aprel ayında ABŞ ədliyyə nazirliyi departamenti keçmiş kartel rəhbəri Xoakinin oğullarına bağlı "Çapitos"un rəhbərliyi altında “fentanyl” istehsal edən Sinaloa kartelinə kimyəvi maddələr satmaq iddiası ilə iki Çin şirkətini sanksiyalara cəlb etdi. ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət Ofisi keçən ay Çində yerləşən yeddi müəssisəyə və altı fiziki şəxsə, həmçinin Meksikada bir quruma və üç nəfərə qarşı yeni sanksiyalar elan edib.
Meksika prezidenti Andres Manuel Lopez Obrador da həm “precursor”ların, həm də “fentanyl”in ixracını məhdudlaşdırmaq üçün Pekinə təzyiq etdi. O, keçən ay etdiyi çıxışında Çinin “fentanyl” qaçaqmalçılığı ilə bağlı təkziblərini rədd etdi və bu yaxınlarda Çindən Meksikaya gələn konteynerdə sintetik narkotkin tapıldığını söylədi.
Prezident Obrador, "artıq sübutlarımız var" deyərək Çindən tələb edib ki, qaçaqmalçılar nə vaxt limanları tərk etsə ona məlumat versin və limanları müsadirə etsin.
Ehtimallara görə, “fentanyl” məsələsində irəliləyiş əlamətləri var. Ötən həftə ABŞ və Çinin narkotiklərlə mübarizə sahəsində əməkdaşlıqla bağlı danışıqları bərpa etdiyi bildirilir.
Stopnarkotik.az