Özgür Özel Türkiyənin ana müxalifəti sayılan Cumhuriyyət Xalq Partiyasının (CHP) yeni sədri seçilib.
O, partiyanın 38-ci qurultayının ikinci turunda 812 səs toplayaraq qalib gəlib.
Onun rəqibi, partiyanın hazırki sədri Kamal Kılıçdaroğlu isə 536 səs toplayıb.
Qeyd edək ki, birinci turda Özgür Özel 682, K. Kılıçdaroğlu isə Qurultay nümayəndələrimin 664 səsini toplaya biliblər.
Xatırladaq ki, Ö. Özel bundan əvvəl K. Kılıçdaroğlunun namizədliyinə etiraz olaraq CHP-nin Qrup Başqanı vəzifəsindən istefa verib.
K. Kılıçdaroğlu CHP-yə 13 il ərzində sədrlik edib, lakin onun son Prezident seçkilərində rəqibi Rəcəb Tayyib Ərdoğana növbəti dəfə məğlub olduğuna görə partiya üzvləri tərəfindən istefası tələb olunurdu.
***
00:36
Türkiyənin ana müxalifəti sayılan Cumhuriyyət Xalq Partiyasında (CHP) yeni sədr seçilə bilməyib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, iki namizəddən birinin lazımı səs toplamadığından seçkilərin ikinci turu az sonra baş tutacaq.
Partiyanın hazırki sədri Kamal Kılıçdaroğlu 664 səs, Özgür Özel isə 682 səs toplayıb.
Türkiyənin ana müxalifət sayılan Cumhuriyyət Xalq Partiyasının (CHP)38-ci Qurultayında yeni sədr seçilməyib.