Çeklərdə olan şok təhlükə: bunu etməyin - VİDEO

Gündəlik alış-veriş zamanı əldə etdiyimiz çeklərin üzərində insan sağlamlığı üçün təhlükləli maddələr var.

Bu iddia ilə "Elin sözü" verilişinin aparıcısı Elçin Əlibəyli çıxış edib:

"Ən təhlükəli məsələlərdən biri, sən demə, bu çeklər imiş. Görün, nə baş verir? Heç bir mürəkkəb istifadə olunmadan bunun üzərinə informasiya çap olunur",- deyə o söyləyib.

Ütü feni ilə çek üzərində sınaq aparan E.Əlibəyli çekin qara rəng almasına diqqət çəkib:

"Burada maddələr kağızın üzərinə hopdurulub və onun üzərinə çap olunub. Ona görə də isti ilə təmasda olanda adi kağız heç vaxt o rəngi almaz. Bu kağıza xüsusi mürəkkəb əlavə olunur və bu da əllə təmas zamanı çox təhlükəlidir. Əlbəttə, bundan ən çox əziyyət çəkən kassirlərdir. Biz özümüz də gün ərzində buna bir neçə dəfə əl vurururq. Bu problemin həlli yoxdur Bütün dünyada bu metod işlənir və və insanları bilərəkdən və ya bilməyərəkdən zəhərləyirlər. Yəqin ki, bilərəkdən edirlər. Hansı fəsadlar yarada bilər? Ən sadə üsul ilk növbədə zəhərlənmədir. Daha mürəkkəbi isə dəri xərçəngindən tutmuş qan xəstəliklərinə qədər gətirib çıxara bilən çox ciddi bir fəsaddır. Ona görə də çeklə maksimum təmasda olmamağa çalışın. Əgər ƏDV-nin fotosunu çəkmək istəyirsinizsə, uzaqdan çəkin və çeki dərhal atın"./olke.az