Stopnarkotik.az xəbər verir ki, Çeçenistanda silahlı şəxslər jurnalist Yelena Milaşina və vəkil Aleksandr Nemova hücum ediblər. Vladiqafqaz hava limanından Qroznıya gedərkən Milaşina və Nemovun taksisini maskalı naməlum şəxslər saxlayıblar. Onları döyüblər, üzünw təpikləyiblər, avadanlıqları, sənədləri məhv edilib. Nemovun sözlərinə görə, hücum edənlər başlarına silah dayayaraq onları güllələməklə hədələyiblər.
Rusiya prezidentinə Çeçenistanda vəkilə və jurnalistə hücumla bağlı məlumat verilib. Putininmətbuat katibi Dmitriy Peskov bildirib ki, insident “ciddi tədbirlər tələb edir”.
Stopnarkotik.az