CASUS ŞƏBƏKƏSİ: İrana görə daha 2 nəfər həbs edildi - FOTO

Azərbaycanda İranın molla rejiminə xidmət edən və onları təbliğ edən şəxslərin müəyyən edilməsi və casus şəbəkələrinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Stopnarkotik.az “MOUZE“ teleqram kanalına istinadən xəbər verir ki, bu əməliyyatların davamı olaraq həyata keçirilən əməliyyat tədbirləri nəticəsində tutulanlardan daha iki nəfərin adı məlum olub.

Onlar Elvin Quliyev və Bəhruz Hacıyevdir.