Bəxtiyar Hacıyevin evində axtarış aparıldı - DİN-dən AÇIQLAMA

Hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin və atasının evində, həmçinin avtomobilində axtarış aparılması ilə bağlı məlumat yayılıb.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı Stopnarkotik.az-a bildirib ki, Bəxtiyar Hacıyevin yaşadığı evdə axtarış aparılması cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsindədir. Saxlanılan yoxdur.

Qeyd edək ki, B. Hacıyev ötən ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanıb. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib.